AZ

Aygün Nəfəsi ağ yuyub, qara sərdi: "Kiminsə paltarını..." 

"Məni hamı mərd, düzgün qız kimi tanıyır. Mən həyatım boyu heç kimə yalan danışmamışam".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri  rəqqasə Aygün Babayeva "Elgizlə izlə" verilişində müğənni Günel Məmmədli (Nəfəs) haqqında danışarkən deyib.

O, keçmiş rəfiqəsinin sirrlərini açıb:

"Əslində mən bunları danışmazdım. Bunları demək çirkinlikdir. Amma bəzən insanı məcbur edirlər. Nəfəs deyir "mən Aygünün evində olmamışam, paltarını geyinməmişəm". 2018-ci ildə, səhnəyə yeni-yeni addım atanda kiminsə paltarını geyinmək ayıb deyil. Bir insan mənə dəstək olursa, nə xoş. Mən də zamanında kiminsə paltarını geyinmişəm".

Qeyd edək ki, Nəfəs və  Aygün Babayeva uzun zamandır ki, qalmaqal yaşayırlar. İddialara görə, Nəfəsin məkanların birində keçmiş rəfiqəsi Aygünlə rastlaşarkən ona salam verməməsin ikincini özündən çıxarıb və qalmaqalın yaranması ilə nəticələnib. 

Ziyafət Əlisoy

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
bakivaxti.az

1Mənbələr