AZ

Venesuelada çevriliş hazırlanır? -Madurodan müxalifətə ittiham

Venesuela müxalifətindən prezidentliyə namizəd olan siyasətçilər- Edmundo Qonzales və Enrike Markes dövlət çevrilişi təşkil etmək niyyətindədirlər.

News365.az xəbər verir ki, belə bir iddianı Venesualanən dövlət başçısı Nikolas Maduro bəyan edib.

İyunun 20-də ölkənin Milli Seçki Şurası (CNE) namizədləri qarşıdan gələn seçkilərlə bağlı xüsusi sazişi imzalamağa çağırıb. Qonzales və Markes sənədi imzalamaqdan imtina ediblər.

“Oliqarxiyanın iki marioneti imza atmadı. Sizcə, nə üçün onlar CNE-yə və seçkinin nəticələrinə hörmətlə etməyi əks etdirən sazişi imzalamadılar? Onlar saxtakarlıq haqqında qışqır-bağır salmaq niyyətində olduqları üçün zorakılıq və çevrilişə cəhd etmək niyyətindədirlər”, - Maduro siyasətçilərin məlum qərarını şərh edərkən deyib.

Müxalifətin əsas namizədi kimi təqdim olunan Qonzales isə sazişi CNE tərəfindən nümayiş olunan qərəzliliyin sübutu adlandırıb. O, kampaniyanı qeyri-bərabər proses adlandırıb. 

“Saziş heç vaxt birtərəfli qaydada əldə edilə bilməz, bu, bütün tərəflər arasında hörmətli dialoqun nəticəsi olmalıdır”, - deyə siyasətçi sənədi niyə imzalamadığını izah edib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
news365.az

1Mənbələr