AZ

Qalstanyan “Lexus” markalı avtomobilini Şahramanyana hədiyyə etdi

Xəbər verdiyimiz kimi,  Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin darvazasını sındırıb, separatçıların sonuncu “rəhbəri” Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər.

"Unikal" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunun fonunda Tavuş yeparxiyasının rəhbəri, müxalif “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan öz “Lexus” markalı avtomobilini Samvel Şahramanyana hədiyyə edib. 

Bildirilir ki, Qalstanyan iyunun 21-də axşam saatlarında nümayəndəliyə gedərək “Lexus” markalı avtomobilini Şamramanyana verib.

“Baş verənlər qəbuledilməzdir və qınana bilər. Mən öz maşınımı xalqımıza xidmət etmək üçün sizə bağışlamaq istəyirəm”, - deyə Qalstanyan bildirib.

Şahramanyan isə cavabında "Lazım deyil" desə də, "Bilirəm, amma bu, əhəmiyyətsiz, ucuz versiya ilə hər hansı bir şəkildə təzyiq göstərməyə çalışan insanlara aydın mesaj olmalıdır", - deyə Baqrat vurğulayıb. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
unikal.az

1Mənbələr