AZ

Bakıda və Abşeron yarımadasında faktiki və gözlənilən hava açıqlanıb

Bakı. Trend:

Saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabithava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, bəziyerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunundirektoru Gülşad Məmmədova bildirib ki, bu gün səhər saatlarındaBakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysanxarakterli yağış yağıb. Düşən yağıntının miqdarı aylıq normanın 20%-ni təşkil edib.

“Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkənbuludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəziyerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Hazırdazəif şimal-şərq küləyi əsir.”

G.Məmmədovanın sözlərinə görə bu gün Bakıda və Abşeronyarımadasında havanın temperaturu 27-32 dərəcə isti, çimərliklərdədəniz suyunun temperaturu 24-27 dərəcə
isti təşkil edəcək.

Seçilən
92
48
az.trend.az

6Mənbələr