AZ

El Salvadorda 19 nəfər daşqınların qurbanı olub

Mərkəzi Amerika ölkəsi El Salvadorda leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 19-a yüksəlib.

"Cebhe.info" xəbər verir ki, Mülki Müdafiə Müdirliyindən verilən açıqlamada leysan yağışların torpaq sürüşməsinə səbəb olduğu, bəzi evlərin divarlarının uçduğu bildirilib.

Açıqlamada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 19-a yüksəldiyi, axtarış-xilasetmə işlərinin davam etdirildiyi vurğulanıb.

Bununla yanaşı, 6 mindən çox insanın təhlükəsiz yerlərə köçürüldüyü və leysan yağışların bir müddət də davam edəcəyi qeyd edilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə ağacların aşması və magistral yolların su altında qalması görünür.

Yerli mətbuatın məlumatına görə, polis və hərbi hissələr də axtarış-xilasetmə işlərinə dəstək verir.

Güclü yağışların davam edəcəyi ilə əlaqədar iyunun 18-də bəzi rayonlarda 15 gün müddətinə fövqəladə vəziyyət elan edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
cebheinfo.az

1Mənbələr