AZ

45 yerdə alovla mübarizə - FOTO

Yunanıstan meşə yanğınları ilə mübarizə aparır.

News24.az xəbər verir ki, ölkənin cənubunda başlayan yanğınlar insanları təhdid etməyə başlayıb.

Yanğınsöndürənlərə alovu söndürməyə kömək edən 55 yaşlı şəxs dünyasını dəyişib.

Qeyd edək ki, meşə yanğınları Peloponnesdə də təsirlidir.

Səlahiyyətlilər ölkə daxilində 45 yerdə yanğınların baş verdiyini və bəzi bölgələrdə saatda 95 kilometrə çatan küləklər səbəbindən müdaxilənin çətinləşdiyini açıqlayıb.

Alovla mübarizəyə hava dəstəyi də verilib. Çoxlu yanğınsöndürən təyyarə və helikopter işə salınıb. Ehtiyat tədbiri olaraq bir çox yaşayış məntəqələri boşaldılıb.

Paytaxt Afina yaxınlığında dənizkənarı kurortda baş verən yanğın nəzarət altına alınıb.

Yanğınsöndürmə qrupları külək və yüksək temperatur səbəbiylə bir çox nöqtəyə xəbərdarlıq edib.

Bildirək ki, bəzi rayonlarda temperatur 40 dərəcədən yuxarı qalxıb.

Ötən il Yunanıstanda meşə yanğınlarında 20 nəfər həlak olub.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
news24.az

1Mənbələr