AZ

Mbappesiz Fransa qələbə qazana bilmir

Fransa yığmasının Kilian Mbappesiz uğur qazana bilməməsi faktı bir daha təsdiqlənib.

İdman.biz xəbər verir ki, bu, “üçrənglilər”in Avropa çempionatında Niderlandla görüşündə baş verib.

Fransalılar ardıcıl 7 görüşdə qələbəyə həsrət qalıblar.

Yığma karyerası 2017-ci ildən başlayan forvard bu dövrdə 9 dəfə zədə səbəbindən ölkəsinin millisinin heyətindən kənarda qalıb. Bu oyunların son 7-sində isə Fransa 5 dəfə heç-heçə edib, 2 dəfə məğlub olub. Niderlandla son matçla yanaşı, DÇ-2018 və DÇ-2022-də Danimarka (0:0) və Tunislə (0:1) oyunlar kimi məsul görüşlər də var. Amma 3-cü turlara təsadüf edən bu oyunlar Fransanın qrup qalibi olmasına mane olmayıb.

Qeyd edək ki, Fransa yığmasının Leypsiqdə Niderlandla matçı qolsuz bərabərliklə bitib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
idman.biz

1Mənbələr