AZ

Məşhur erməni aktrisası öldü - Dəfnlə maraqlanan yoxdur

Ermənistanda tanınmış aktrisalardan sayılan Lala Mnatsakanyan qəfl vəfat edib.

News365.az xəbər verir ki, yerli media 66 yaşlı aktrisanın ölümünün deyil, ona laqeyd münasibətin əs xəbər mövzusuna çevrilməsindən yazıb. Belə ki, saytlar sənət adamının ölümünü kriminal xəbər saytı olan "Shamshiyan"dan əldə ediblər. Maraqlısı isə budur ki, onunla bağlı rəsmi səviyyədə heç bir başsağlığı verilmir, normal dəfn mərasimi də təşkil olunmur.

"Mamul" nəşri  bununla bağlı yazıb: "İyunun 22-nə keçən gecə məşhur aktrisa Lalə Mnatsakanyan qəfil dünyasını dəyişib. Saat 05:40 radələrində Ərəbkir təcili yardım mərkəzindən Ərəbkir polis şöbəsinə ölüm faktı ilə bağlı məlumat daxil olub. Həkimlərdən ibarət növbətçi briqada Mamikonyanç küçəsindəki 58 A ünvanındakı mənzillərdən birinə gedərkən mənzil başında öyrəniblər ki, saat 05:30-da keçinən şəxs Lalə Mnatsakanyan olub. Aktrisanın 66 yaşı var idi".

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
news365.az

1Mənbələr