AZ

Bakıda yağışdan sonra bir neçə ərazidə kanalizasiya daşdı, küçələr keçilməz oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün səhər saatlarında Bakı şəhərinə yağan güclü yağış yolları keçilməz vəziyyətə salıb.
Oxu.Az xəbər verir ki, şəhərin mərkəzi küçə və prospektləri nəinki piyadalar, hətta avtomobillər üçün də keçilməz olub.
Bəzi ərazilərdə kanalizasiya sularının da küçələrə axması ətrafa üfunət iyinin yayılmasına səbəb olub. Tbilisi prospektində, Zivərbəy Əhmədbəyov, Cəfər Cabbarlı, Füzuli küçələrində daşan kanalizasiya suları hərəkəti iflic edib.
Füzuli küçəsindəki dairədə böyük bir göl yaranıb və avtomobillərin hərəkəti mümkünsüz olub.
Cəfər Cabbarlı küçəsində isə kanalizasiya xəttində problem yarandığı görünür. Ətrafdakı üfunət iyi bunu deməyə əsas verir.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 22-si gündüzədək, bölgələrdə isə 23-ü gündüzədək fasilələrlə davam edəcək.
Əzizə İsmayılova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
50
oxu.az

10Mənbələr