AZ

Cənub bölgəsində fasilələrlə leysan xarakterli yağış yağır

Cənub bölgəsində ildırımlı, şimşəkli hava şəraiti hökm sürür. Hazırda fasilələrlə leysan xarakterli yağış yağır.

APA-nın cənub bürosunun verdiyi məlumata görə bu gün səhər saatlarından başlayaraq ölkənin cənub bölgəsində ildırımlı, şimşəkli hava şəraiti hökm sürür.

Hazırda bölgədə leysan xarakterli yağış yağır. Hər hansı bir fəsadın baş verməməsi üçün bəzi yerlərdə elektrik enerjisinin verilişi dayanıb. Bu saata kimi dağıntı və fəsad barədə məlumat daxil olmayıb.

Bölgədə yağış davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
5
apa.az

6Mənbələr