AZ

Yevlaxda insanların həyatı hər an təhlükə altındadı – VİDEO

Yevlaxda insanların həyatı hər an təhlükə altındadıAzərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində yerləşən Xaldan kəndinin əhalisinin həyatı təhlükə altındadı.Kənd əhalisinin çəkib bizə göndərdiyi videoda açıq aşkar görsənir ki, rəsmi qeydiyyata əsasən 3.818 nəfər (qeyri rəsmi məlumata görə daha çox) əhalisi olan Xaldan kəndini ortdan bölən Yevlax Zaqatala Gürcüstan maqistral yolunun kənd ərazisindən keçn hissəsinin işıqlandırılma hissəsi demən olar ki, sıfıra bərabərdi.Videonun göndərən şikayətçi onu da vurğulayır ki, indi yay aylarıdı orta məktəblər yay tətilinə ayrılıb və hava nisbətə gec qaralır. İlin 9 ayı isə yəni orta məktəblərin açıq olduğu və qış aylarında günün daha tez batması və havanın daha tez saatlar da qaralmasını da nəzərə alsaq sözü gedən ərazidən vəziyyət dahada acınacaqlı olur.Belə ki, məktəbə və digər məsələlər üçün yaxınlıqda yerləşən Mingəçevir şəhər Ağdaş rayonu və eləcə də Yevlax rayonuna gedən vətəndaşlar bu yoldan istifadə edirlər. Bu da kənd ərazidəndən keçən maqistral yolun işlıqlandırılmasının olmaması insanların həyatını təhlükə altında qoyur.Şikayətçi onun da bildirir ki, bu acınacaqlı vəziyyət Yevlax rayonun həbs edilmiş sabiq icra başçısı Qoca Səmədovun zamanında da vardı. Qoca Səmədov həbs edildi və ölkə başçısı tərəfindən Yevlax rayonuna Anar Tağıyev yeni icra başçısı təyin edildi. Biz Yevlaxlılar da ümid etdik ki, Anar Tağıyev əvvəlki icra başçısından fərqli olaraq rayonumuzda yaxşı yöndə dəyişikliklər olar. Amma Anar Tağıyev Qoca Səmədova rəhmət oxudur..Xahiş edirik ölkə rəhbərliyi Anar Tağıyev haqqında ölçü götürülməsi yönündə göstəriş versinlərhttps://www.tiktok.com/@aran.media/video/7382985941742259473?_r=1&_t=8nOBz3OHOYT 














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr