AZ

Ronald Kuman Fransa ilə oyundan danışdı

AVRO-2024-ün D qrupunun II turunda Niderland Fransa yığması ilə qolsuz bərabərə qalıb. Matc.az xəbər verir ki, Niderland millisinin baş məşqçisi Ronald Kuman oyunu şərh edib. “Nəticə bir az məyusedicidir, amma bütövlükdə oyuna baxsaq, bəzi məqamlarda topa nəzarəti itirdik və bu, normal deyildi. Xətlərimiz arasında çox boşluq var idi və biz ikinci hissədə daha yaxşı çıxış edə bilərdik. Fransa kimi komandaya qarşı oynamaq həmişə çətin olub. Futbolumuzu oynamaq və cəsarətli olmaq istəyirik, amma bugünkü kimi topu itirməməliyik. Daha sürətli reaksiya verməli və öndə daha çox şans yaratmalıyıq. Biz hələ də inkişafa ehtiyacı olan bir komandayıq”.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
matc.az

2Mənbələr