AZ

Dənizdə başsız meyit tapıldı

Mağarada qolları, ayaqları və başsız meyit tapılıb.

Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Antalya şəhərində baş verib.

Dənizə çimməyə girən şəxs süni şəlalənin dənizə axdığı mağaranın qayalıq hissəsində insan bədəni görüb. Hadisə yerinə baxış keçirən polis şəxsiyyəti və cinsiyyəti məlum olmayan, qolları, ayaqları və başı kəsilmiş meyit tapıb. Araşdırmalar nəticəsində meyitin 4 aydır dənizdə olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Müəllif: Arzu
Seçilən
142
teleqraf.com

1Mənbələr