AZ

Daha bir ölkə Ukraynaya "Patriot" sistemi göndərir

Niderland digər ölkə ilə birlikdə Ukraynaya bir “Patriot” hava hücumundan müdafiə sistemi tədarük edəcək.

Axar.az xəbər verir ki, bunu Niderland müdafiə naziri Kaysa Ollonqren deyib.

Nazirin sözlərinə görə, onun ölkəsi və başqa bir dövlət belə bir hava hücumundan müdafiə sistemi üçün ehtiyat hissələri toplaya bilib. Lakin o, ruslara heç bir məlumatın ötürülməməsi üçün çatdırılma tarixini açıqlamayıb.

Ollonqren digər ölkənin adını da açıqlamayıb.

Qeyd edək ki, bundan öncə Rumıniyanın "Patriot" hava hücumundan müdafiə sistemini Ukraynaya göndərəcəyi bildirilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
3
axar.az

4Mənbələr