AZ

Müsavat Partiyasının fəalı həbs edilib

Müsavat Partiyasının Məclisinin üzvü, bu partiyanın Biləsuvar rayon təşkilatənın sədr müavini Qoşqar Nuralı iyunun 21-də Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə Amerikanın Səsinə Müsavat Partiyasının Biləsuvar rayon təşkilatından bildiriblər.

O, polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilir.

"Qoşqar Nuralı Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayır. O sosial şəbəkələrdə Bilasuvar rayonundan olan deputat Bəhruz Məhərrəmlini tənqid etdikdən sonra iyunun 20-də polis tərəfindən saxlanılıb. Polis onun yaşadığı kəndə gəlib və onu polis şöbəsinə aparıb. Burada polisə tabe olmamaqdan söhbət belə gedə bilməz. Qoşqar Nuralı siyasi sifarişlə saxlanılıb və tənqidi statusuna görə cəzalandırılıb", - rayon təşkilatından "Amerikanın Səsi"nə deyiblər.

Bununla yanaşı, rəsmi qurumlar fəalın saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
arqument.az

1Mənbələr