AZ

Quranı yandıran şəxs qəddarcasına öldürüldü

Quranı yandırdığı deyilən şəxs yandırılaraq qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, hadisə Pakistanda baş verib.

Yerli KİV-lərdə gedən xəbərlərə görə, Pakistanda iyunun 20-də axşam saatlarında Quranı yandırdığı iddia edilən şəxs ətrafa toplaşan insanlar tərəfindən döyülüb. Hadisə yerinə gələn polislərin müdaxiləsindən sonra həmin şəxs ərazidən uzaqlaşdırılıb və polis idarəsinə aparılıb. Xəbərdə həmin şəxsin turist olduğu da qeyd edilib.

Polis idarəsinin yaydığı məlumatda deyilir ki, təhlükəsizlik qüvvələri qəzəbli kütləni dağıtmaq üçün havaya xəbərdarlıq atəşi açıb. Ancaq bu, qəzəbli izdihamı daha da qıcıqlandırıb. Polis idarəsinə hücum edən izdiham həmin şəxsi polis idarəsindən çıxarıb. Daha sonra onu taxta dəyənəklərlə döydükdən sonra yandırıblar.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
teleqraf.com

1Mənbələr