AZ

Latviyada yaşayan hər bir kəs latış dilini bilməlidir..?

...Rusdilli əhalinin və Baltikyanı ölkələrin xaricə axını Latviyada hakimiyyət orqanlarının yaşayış icazələrinin yenilənməsi üçün latış dilindən məcburi imtahan tətbiq etmək qərarına gəlməsi ilə əlaqədar artacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti-yə Rossotrudniçestvo rəhbərinin müavini Pavel Şevtsov bildirib.

Təşkilat nümayəndəsinin sözlərinə görə,bu sərt tədbirlərtətbiqindən sonra Baltikyanı ölkələrindən nə qədər rusdilli insanın gedəcəyi barədə hələlik Rusiyada dəqiq məlumat yoxdur. Bununla belə, Şevtsovun fikrincə,rusdilli əhalini gözdən salmaq üçün uzun illər davam edən fəaliyyətlərbu ölkələr üçün beynəlxalq məkanda mövqeləri baxımından kifayət qədər pis əlamətdir.

Xatırladaq ki, iyunun 20-də Latviyada immiqrasiya qanununa dəyişikliklər qəbul edilib. Yeni normalara əsasən, yaşayış icazəsi olan və Latviya Respublikasında yaşayan bütün rusiyalılar ölkədə qanuni şəkildə qalmaq üçün dövlət dilini bilmək üzrə imtahan verməlidirlər.

İmtahandan keçmək üçün minimum səviyyə A2-dir.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
sia.az

1Mənbələr