AZ

Azərbaycanın şimal bölgəsi fırtınaya təslim oldu: Hoteli su basdı, yol bağlandı, gediş-gəliş dayandı

Qubadan keçən bütün çaylarda daşqın fəsadlara yol açıb.

Bizim.Media xəbər verir ki, Qudyalçay, Cağacuqçay, Ağçay və digər çaylardan güclü sel keçib, ətraf yaşayış məntəqələrini su basıb.

Quba-Xınalıq yolunda yerləşən hotel ərazisini su basıb, turistlərin avtomobili suyun içində qalıb.

Qusarda Şahdağ-Ləzə yolu da güclü sel səbəbindən bağlanıb. Qusarçayın daşması yolu tamamilə dağıdıb.

Xaçmaz ərazisindən keçən çaylarda da güclü artım fəsadlara yol açıb.

Bölgə rayonlarına dəyən ziyan müvafiq komissiya tərəfindən açıqlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
4
editor.az

4Mənbələr