AZ

3 min il öncə itmiş gəmi tapıldı

Tunc dövrünə aid ən qədim gəminin daşıdığı yük 3300 il sonra su altından çıxarılıb.

Teleqraf.com xəbər verir ki, gəminin qalıqları Aralıq dənizində iki min metr dərinlikdə təsadüfən tapılıb.

Qalıqlar neft və qaz kəşfiyyatı zamanı aşkar edilib. Aşkar edilən gəmi qalıqlarında yüzlərlə xəzinə tapılıb. Alimlərin sözlərinə görə, gəminin tapılması minlərlə il əvvəl dənizçilərin günəş və ulduzlardan istifadə edərək okeanlarda hərəkət edə bildiyini göstərir. Gəminin ya tufan, ya da pirat hücum cəhdi nəticəsində batdığı hesab edilir. Bu, Şərqi Aralıq dənizinin dərinliklərində tapılan ən qədim gəmidir.

Yeni tapılan eksponatların bu yay İsrail Arxeologiyası üzrə Milli Kampusda sərgilənəcəyi gözlənilir.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
teleqraf.com

1Mənbələr