AZ

AÇ-2024:Ukrayna və Avstriya qələbə qazandı,Niderland - Fransa oyununda qol olmadı

Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, II tur çərçivəsində bu gün daha üç matç baş tutub.

Günün ilk qarşılaşması Düsseldorf şəhərində, Slovakiya və Ukrayna seçmələri arasında olub. Ukraynalılar rəqibi üzərində minimal hesablı qələbə qazanıb. 

Digər iki qarşılaşma isə D qrupunda reallaşıb. Əvvəlcə Polşa və Avstriya paytaxt Berlində münasibətlərinə aydınlıq gətiriblər. Avstriya inamlı qalibiyyətə sevinib.

Günün son matçı isə Niderland - Fransa qarşılaşması olub. Qarşılaşma Leyptsiq şəhərində gerçəkləşib. Tərəflərin cəhdlərinə baxmayaraq görüşdə qalib müəyyənləşməyib. 

AÇ-2024
21 iyun
II tur

E qrupu

Slovakiya - Ukrayna 1:2

Qollar: Şrants, 17 - Şaparenko, 54. Yaremçuk, 80
Baş hakim: Maykl Oliver (İngiltərə).
Düsseldorf. "Esprit Arena".

D qrupu

Polşa - Avstriya 1:3
Qollar: Pentek, 30 - Trauner, 9. Baumqartner, 66. Arnautoviç, 78.

Baş hakim: Halil Umut Meler (Türkiyə).
Berlin. Olimpiya Stadionu.

Niderland - Fransa 0:0
Baş hakim: Entoni Teylor (İngiltərə).
Leyptsiq. "Red Bull Arena".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
fanat.az

1Mənbələr