AZ

Narkomaniyaya “yox” deyək

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq yerli təhsil orqanları və təhsil müəssisələri tərəfindən yerlərdə narkomaniyaya qarşı mübarizə və antinarkotik tərbiyə sahəsində təbliğat və maarifləndirmə işləri 2024-cü il ərzində də davam etdirilmişdir. Bu məqsədlə şagird və tələbələr arasında təşviqat xarakterli görüşlər, seminar və konfranslar, “dəyirmi masa”lar, müsabiqələr, idman və intellektual oyunlar təşkil edilmişdir.

İl ərzində təhsil müəssisələri tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə işləri aparılmış, bu məqsədlə şagird və tələbələr arasında “Narkomaniyaya “yox” deyək!” mövzusunda görüşlər, “dəyirmi masa”lar təşkil edilmiş, tədbirlərə hüquq-mühafizə orqanlarının nümayəndələri və səhiyyə işçiləri dəvət olunmuşlar. Eyni zamanda, “Narkotik maddələrin ziyanı”, “Narkomaniyanın fəsadları” barədə uşaqlara və gənclərə, valideynlərə və təhsil işçilərinə məlumatlar verilmiş, bu mövzuda hazırlanmış çap materialları, bukletlər paylanılmışdır. Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin dəstəyi, məktəbdənkənar təhsil müəssisələrinin təşkilatçılığı ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri keçirilmişdir. Tədbirlərin keçirilməsində məqsəd uşaq və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, məktəblilərin antinarkotik dünyagörüşünün formalaşdırılması, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, şagirdlərin təhsilə, elmə, idmana olan marağının daha da artırılmasından ibarət olmuşdur. Tədbirlərdə ekspert qismində iştirak etmiş Bakı Şəhər Narkoloji Mərkəzin, polis orqanlarının nümayəndələri, tibb işçiləri və psixoloqlar məktəblilərin antinarkomaniya ruhunda tərbiyə olunmasının, sağlam həyat tərzinə cəlb edilməsinin əhəmiyyəti vurğulamış, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivlərinə mövzu ilə əlaqədar məlumat kitabçaları təqdim etmişlər.

Bundan əlavə, ümumi təhsil müəssisələrinin istifadəsində olan 8-ci və 9-cu siniflər üçün “Biologiya” dərsliklərində “Zərərli vərdişlərə “yox” deyək!”, “İnsanın həyat tərzi” və “Reproduktiv sağlamlıq” adlı mövzular yer alıb. Bu mövzular vasitəsilə şagirdlərə narkotiklərdən istifadənin sağlamlığa mənfi təsiri ilə yanaşı, bir sıra sosial problemlərə də səbəb olması barədə məlumatlar verilir. Həmin dərsliklər www.trims.edu.az saytına açıq istifadə üçün yerləşdirilib.

Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, məqsədilə internat və internat tipli təhsil müəssisələrində əsaslı təmir tikinti işləri aparılan zaman idman zalları müasir tələblərə uyğun təmir olunmuş və zəruri avadanlıqlarla təchiz olunmuşdur. Bununla yanaşı, internat və internat tipli təhsil müəssisələrinin Fəaliyyət Planına uyğun olaraq narkomaniyaya qarşı mübarizə, insan alveri, alkoqollu içkilərin, tütün və tütün məmulatlarının insan orqanizminə ziyanı mövzusunda yuxarı sinif şagirdlərinə mühazirələr keçirilmişdir.

Aprel ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində maarifləndirici görüşlər keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən görüşlərdə müəllimlər, şagirdlər və valideynlər iştirak edirlər. Görüşlərin əsas məqsədi müvafiq istiqamətlər üzrə aktual mövzulara dair məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.

20 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutu və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin birgə təşkilatçılığı ilə “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminar təşkil edilib. Seminarda dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrindən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışılıb.

Ali, orta ixtisas, peşə təhsili müəssisələrinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri arasında sağlam həyat tərzini təbliğ etmək, onların idman ustalıqlarını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, o cümlədən, zərərli vərdişlərdən uzaqlaşdırmaq məqsədilə tədbirlər keçirilmişdir.

15 mart 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Quba Rayon Polis Şöbəsinin təşkilatçılğı ilə “Narkomaniyaya “yox” deyək” devizi altında tədbir keçirilib.

Fərzəli Qədirov,
Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
ikisahil.az

1Mənbələr