AZ

ABŞ “Kaspersky”nin yüksək vəzifəli əməkdaşına sanksiya tətbiq edib

ABŞ administrasiyası Rusiyada yerləşən “Kaspersky Lab” şirkətinin 12 yüksək vəzifəli rəsmisini sanksiyalar siyahısına əlavə edib.

ABŞ Maliyyə Nazirliyi tərəfindən verilən açıqlamada, davam edən kibertəhlükəsizlik risklərinə cavab olaraq Kaspersky rəhbərlərinin sanksiya siyahısına salındığı bildirilib.

Açıqlamada “Kaspersky”nin direktorlar şurasında və yüksək səviyyəli menecer heyətində olan 12 nəfərə qarşı sanksiyaların tətbiq ediləcəyi qeyd edilib.

Açıqlamada, ABŞ Ticarət Nazirliyinin dünən Kaspersky, onun törəmə şirkətləri, filialları və ana şirkətlərinin ABŞ-da antivirus proqram təminatı və kibertəhlükəsizlik məhsulları və xidmətlərini birbaşa və ya dolayısı ilə təmin etməsini qadağan edən yekun qərarın verildiyi xatırladılıb araşdırma nəticəsində bunun milli təhlükəsizlik üçün “qəbuledilməz risk” olduğu müəyyən edilib.

Maraqlıdır ki, Kaspersky baş icraçı direktoru (CEO) Eugene Kaspersky ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısına əlavə etdiyi adlar arasında yer almayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
kommersant.az

1Mənbələr