AZ

"Fransaya qarşı daha aqressiv oynamaq istəyirik"

style='margin-bottom:10px;'>

Polşa millisinin baş məşqçisi Mixal Probej Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Avstriyaya məğlubiyyəti (1:3) şərh edib.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis oyunun planladıqları kimi keçmədiyini söyləyib:

“İlk 15 dəqiqə plana uyğun getmədi. Avstriyanın aqressiv oyununun öhdəsindən yaxşı gələ bilmədik və topu itirməyə davam etdik. Bizdə oyun keyfiyyəti çatışmırdı. Hamımız birlikdə qələbə qazanırıq və uduzuruq. Ola bilər ki, Fransaya qarşı daha aqressiv oynayaq. Bu, bizə inkişaf etmək imkanı verəcək.

İkinci qolu buraxandan sonra Avstriya əks-hücumda oynadı. Meydanda müdafiəyə meyilli yarımmüdafiəçimiz yox idi. Biz risk etdik, amma alınmadı”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
teleqraf.com

1Mənbələr