AZ

Niger fransızlara ölkədə uran hasil etməyi qadağan edib...

...Fransanın dövlət şirkəti olan “Orano” Nigerdə ​​iri uran mədənini idarə etmək üçün lisenziyasını daha itirib.

Belə ki, Afrika ölkəsinin səlahiyyətliləri mədən icazəsini ləğv edərək, bununla da Paris və yerli hökumət arasında gərginlik “yaradıblar”..?

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə RFI yazır.

Deməli, “Orano” nümayəndələri bildiriblər ki, şirkət hazırda dünyanın əsas yataqlarından biri olan Nigerin şimalında yerləşən Imurarendə uran hasil edə bilmirlər.

Bəzi hesablamalara görə, energetika və hərbi sənayedə geniş istifadə olunan bu yataqda 200 min ton metal var.

Xatırladaq ki, fransızlarınOrano”dövlət şirkəti 1971-ci ildən Nigerdə ​​fəaliyyət göstərir. Onlar əsasən Fransanın nüvə sənayesi üçün nəzərdə tutulmuş xammal hasil edirlər.

Maraqlıdır ki, indi fransız şirkət nümayəndələr Afrika ölkəsi üçün "mənfi nəticələr" proqnozlaşdırırlar və milli və ya beynəlxalq məhkəmələrdə lisenziyanın ləğvi ilə bağlı qərarlara etiraz etmək hüquqlarını özlərində saxladıqlarını bildirdilər.

Qeyd edək ki, keçən il hakimiyyəti ələ keçirdikdən sonra Nigerin hərbi hökuməti xarici şirkətlər üçün mədən konsessiyalarına yenidən baxacağına söz vermişdi.

...Məqalədə qeyd olunur ki, o, həmçinin Parisə qarşı çıxaraq, ondanqoşunlarını ölkədən çıxarmağı əmr edib.

O da qeyd edilməlidir ki, hazırda Niger hökuməti dəstək üçün daha çox Rusiya və İrana müraciət etməyə başlayıb.

Yeri gəlmişkən, Niger dünyanın yeddinci ən böyük uran istehsalçısıdır. Nəzarət səhm paketi çinlilərə məxsus olan “Azelik” şirkəti ölkənin şimalında strateji əhəmiyyətli xammalın çıxarılmasında getdikcə daha çox iştirak edir.

Bunu da RFI yazır.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
sia.az

1Mənbələr