AZ

5 illik müqavilə və 50 milyon avro maaş təklifindən imtina edən kimdir?

PSJ rəhbərliyi “Real”ın forvardı Vinisius Junioru heyətinə qatmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Tribal Football” nəşri məlumat yayıb.

Fransa çempionu Vinisiusa illik 50 milyon avro maaşla 5 illik müqavilə təklif edib. Həmçinin, sözləşmədə bonus ödənişləri də göstərilib.

Amma braziliyalı futbolçu parislilərin təklifini rədd edib. O, “kral klubu”nda qalmaq istəyir.

Vinisius ötən mövsüm İspaniya çempionu və Çempionlar Liqasının qalibi olub. Braziliyalı hücumçu “qızıl top” mükafatını qazanmaq üçün favoritlərdən biridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
sportinfo.az

1Mənbələr