AZ

Ağcabədidə güclü külək elektrik enerjisi təsərrüfatına ziyan vurub

Sel suları, yağış və güclü küləklə müşahidə edilən hava şəraiti Ağcabədi rayonunda bir neçə ağacın aşmasına və rayonun bəzi küçələrində, yaşayış yerlərində elektrik xətlərinin sıradan çıxarmasına səbəb olub.

“Azərişıq” ASC-dən “Report”a verilən məlumata görə, qurumun əməkdaşları təbiət hadisəsinin yaratdığı fəsadların aradan qaldırılması üçün gecə saatlarında gücləndirilmiş iş rejimində çalışırlar.

Qurumdan həmçinin bildirilib ki, rayonda elektrik enerjisinin verilişinin qısa zamanda bərpa edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Baş vermiş qəzalar aradan qaldırılan kimi elektrik enerjisi verilişinin tam bərpa ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
8
report.az

9Mənbələr