AZ

Hindistanın Ankaradakı səfiri vəfat edib

Bakı, TurkicWorld

Hindistanın Ankaradakı səfiri Virander Paulun vəfat edib.

TurkicWorld xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar X sosial media platformasında paylaşım edib.

Paulun vəfatından çox kədərləndiklərini bildirən Caişankar, Paulun Hindistan Xarici İşlər Nazirliyi üçün böyük itki olduğunu və bir çox vəzifələrində onunla yaxından əməkdaşlıq etdiklərini bildirib.

Məlumat üçün qeyd edək ki, xərçəng xəstəliyindən müalicə olunan Paulun ölkəsində dünyasını dəyişdiyi öyrənilib.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
turkic.world

1Mənbələr