AZ

"Hakan Çalhanoğlu çox təhlükəlidir" - Leau

Portuqaliya millisinin hücumçusu Rafael Leau Türkiyədən olan rəqibləri ilə qarşıdakı görüşlə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 25 yaşlı forvard Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu çox təhlükəli olduğunu bildirib.

“Güclü rəqiblə bizi vacib oyun gözləyir. Türkiyə millisində situasiyaları həll edə bilən kifayət qədər futbolçu var və biz onlara çox yer buraxa bilmərik. Düşünürəm ki, bu dəfə hər şey Çexiya ilə oyundan tamam fərqli olacaq. Hakan Çalhanoğlu çox təhlükəlidir. Onunla Milanda oynamışam, əla zərbəsi var. "Real Madrid"dən Gülər ​​də yaxşıdır - belə gənc yaşda o, matçların gedişatını dəyişməyi bacarır", - Leau mətbuat konfransında deyib.

Komandalar iyunun 22-də baş tutacaq qrup mərhələsinin ikinci turunda mübarizə aparacaqlar. Hazırda Portuqaliya və Türkiyənin hərəyə üç xalı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
90deqiqe.az

1Mənbələr