AZ

Fransa səfiri Zəngəzura gəldi

Fransanın Ermənistandakı səfiri Olivier Dekotini Sünik (Zəngəzur) bölgəsinə səfəri çərçivəsində Gorus şəhərində olub.

 

Senzor.az bildirir ki, şəhərin meri Aruş Aruşanyanın sosial şəbəkələrdə verdiyi məlumata görə, tərəflər bir sıra məsələləri, eləcə də Fransa şəhərləri ilə mərkəzləşdirilməmiş əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər. 

 

Aruşanyan və Dekotini hazırda əsaslı bərpa işlərinin aparıldığı Viena (Gorusla qardaşlaşmış şəhər) meydanını gəziblər.

 

Bu gecə Fransa səfirliyinin təşəbbüsü ilə şəhərdə musiqi festivalı keçirilir.

 

Bundan əvvəl sosial şəbəkədə X Dekotini humanitar və təhlükəsizlik məsələlərini, eləcə də regionun kənd təsərrüfatının inkişafını müzakirə etməyə hazırlaşdığını yazıb.


Senzor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
senzor.az

1Mənbələr