AZ

Ben Afflek yumor mövzusuna çevrilən narazı sifət ifadəsindən DANIŞDI

51 yaşlı amerikalı aktyor, rejissor və ssenarist Ben Afflek tok-şouya qonaq olub. O, ilk dəfə memlərə çevrilən kədərli siması haqqında danışıb.

 

Sfera.az bildirir ki, aktyor daim diqqət mərkəzində olmaqdan bezdiyini etiraf edib. Afflekin sözlərinə görə, o, həqiqətən də lazımsız diqqəti sevmir. Aktyor əminliklə bildirir ki, insanlar onu əslində olduğu kimi görmürlər. 

 

"Mən bir az utancağam. Çox diqqət çəkməyi sevmirəm. Ona görə də insanlar məni görüb deyirlər ki, "O adam niyə həmişə əsəbidir”?

 

Afflek qeyd edib ki, o, övladlarının şəklinin çəkilməsindən daha çox narahatdır.


Aktyor normal olaraq, hər bir insan kimi simasının heç də həmişə xoşbəxt görünmədiyini vurğulayıb.

 

Üz ifadələrinin ictimaiyyət tərəfindən yumor mövzusu olmasına gəlincə, aktyor əlavə edib:

 

"İnsanlar mənə hiss etmədiyim şeyləri yükləməyə cəhd edirlər."


Qeyd edək ki, ötən ilin fevral ayında Afflek həyat yoldaşı Cennifer Lopez ilə 65-ci Qremmi Mükafatlarına qatılan zaman, poker üz ifadəsi ilə memə çevrilmişdi.

 

Ben Affkek populyarlığa münasibətini ətraflı izah edib. Ben iddia edir ki, onun şəxsi kimliyi ictimai şəxsiyyətindən fərqlidir.

 

"Düşünürəm ki, gənc olanda insanlar məni həddən artıq çox şeyə sahib və ya çox asanlıqla uğur qazanan biri kimi, ya da bir növ qeyri-səmimi, təcrübəsiz oğlan kimi görürdülər. Mən isə heç də belə hiss etmirdim: narahat, həddən artıq danışan, Bostondan aktyor olmağa gələn və öz işində-gücündə olan oğlan. Zamanla mən də özümü insanların məni gördüyü kimi qəbul edərək (məcbur), özümə qapanmağa başladım”- deyə Afflek bildirib.

 

 

Aynil

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
sfera.az

1Mənbələr