AZ

Yunanıstanda meşə yanğınlarında bir nəfər ölüb

Yunanıstanda son 24 saatda 64 yerdə meşə yanğınları baş verib, yanğınlarda bir nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV mməlumat yayıb.

Belə ki, yanğının yaxınlığında 54 yaşlı kişi evin qarşısında ölü tapılıb. Həyatını itirən şəxsin üzərində heç bir yanıq izi olmayıb.

Yanan ərazilərə yaxın bir çox yaşayış məntəqəsində yaşayan insanlar ehtiyat tədbiri olaraq təxliyə edilib. Yanğın zamanı çoxlu zeytun bağları və əkinçilik sahələri də məhv olub. Yanğınlarda bəzi kəndlərdə də evlərə ziyan dəydiyi bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
operativmm.az

1Mənbələr