Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan Polşa - Avstriya matçının (1:3) ən yaxşı futbolçusu müəyyənləşib.
Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, avstriyalıların heyətində Kristof Baumqartner qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
24 yaşlı yarımmüdafiəçi komandasının oyundakı ikinci qoluna imza atıb.