AZ

5 qat Azərbaycan çempionu Ərəbistandan təklif aldı – Tanışının yanına gedir

Ötən mövsüm I Liqa təmsilçisi “İrəvan”ın sıralarında olmuş Elvin Yunuszadə karyerasını Asiya ölkəsində davam etdirə bilər.

Bu barədə futbolçunun özü məlumat verib.

31 yaşlı mərkəz müdafiəçisi “Atv” telekanalında yayımlanan “El canlı” verilişində qonaq olarkən Səudiyyə Ərəbistanı klubu ilə danışıq apardığını bildirib.

Klubun adını çəkməsə də, vaxtilə rəhbərliyi altında oynadığı baş məşqçinin hazırda həmin komandaya rəhbərlik etdiyini deyib.

Maraq üçün bildirək ki, Yunuszadə 2010/2011 mövsümündə icarə əsasında “Simurq”un şərəfini qoruyub.

Həmin vaxt Zaqatala təmsilçisinin baş məşqçisi hazırda Səudiyyə Ərəbistanıda “Hajer” komandasını çalışdıran Qyoko Hacievski olub.

Təcrübəli futbolçu “Neftçi”ylə 2, “Qarabağ”la 3 dəfə ölkə çempionu adını qazanıb. Və hər iki komandanın heyətində bir dəfə ölkə kubokunun qalibi olub.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
sportinfo.az

1Mənbələr