AZ

Azərbaycan üzgüçüləri Olimpiya Oyunlarına lisenziya qazandılar

Azərbaycanın daha iki idmançısı bu il Fransada keçiriləcək Yay Olimpiya Oyunlarına (Paris-2024) lisenziya qazanıb.

Arena.az xəbər verir ki, üzgüçülərimiz Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə Olimpiadada ölkəmizi təmsil edəcəklər.

Hər iki üzgüçü Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının nəticələrinə rəsmi dəvət əsasında Olimpiya Oyunlarına vəsiqəyə sahib çıxıblar.

Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, bu yay təşkil olunacaq Olimpiada iyulun 26-dan avqustun 11-nə qədər davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
arena.az

1Mənbələr