AZ

Ulduz idmançı bağında yıxıldı, ayağı sındı

Britaniyalı velosipedçi Keti Arçibald öz bağında yıxılaraq xəsarət alıb və Parisdə keçiriləcək Olimpiya Oyunlarını buraxacaq.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.

Arçibald anidən büdrədiyini və pis yıxıldığını söyləyib. Onun ayağında sınıqlar aşkarlanıb. Velosipedçi artıq əməliyyat olunub.

“Həkimlərə, tibb bacılarına, rentgenoloqlara, fizioterapevtlərə, cərrahlara və bir çox başqalarına min təşəkkürlər. Bundan sonra baş verənlərə görə üzr istəyirəm, çünki olimpiya komandasında olmayacağam”, – deyə Arçibald bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
publika.az

1Mənbələr