AZ

Milli Məclis növbədənkənar seçkilərlə bağlı Prezidentə MÜRACİƏT ETDİVİDEO

"Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Milli Məclisin yeni tərkibdə təsis edilməsinin məqsədəuyğun olması hamıya aydındır".

Bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxışı zamanı deyib. Onun sözlərinə  görə, Milli Məclisin yeni çağırışının tam formalaşdırılması ölkəmiz üçün böyük əhəmiyyətli tədbirlər zamanı parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadəyə şərait yaradacaq.

Milli Məclis növbədənkənar parlament seçkilərinin təyin edilməsi üçün Prezidentə müraciət edib. Qərar layihəsinin mətnini deputat Tahir Rzayev oxuyub.

İclas çərçivəsində parlamentdə "İnzibati xətalar məcəlləsinə " və "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən? parklanma zamanı digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradanlar 20 manat məbləğində cərimələnəcəklər. Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimələr isə 6 dəfə artırılır. 

Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına görə cərimələr artırılır. Habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək.

Enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində qanunsuz dayanan avtomobillər də cərimələnəcək. Elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla digər nəqliyyat vasitələrinin burada parklanmasına görə 20 iyirmi manat məbləğində cərimə müəyyən edilir.

Ailə Məcəlləsinə təklif olunan dəyişiklik də birinci oxunuşdan keçib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
xezerxeber.az

1Mənbələr