AZ

Yunanıstanda 24 saatda 60-dan çox yerdə yanğın baş verib

Bakı, TurkicWorld

Yunanıstanda son 24 saatda 64 yerdə meşə yanğınları baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Yunanıstanın dövlət televiziyası paylaşım edib.

Bildirilib ki, yanğın zamanı bir nəfər ölüb.

Yanan ərazilərə yaxın bir çox yaşayış məntəqəsində yaşayan insanlar ehtiyat tədbiri olaraq təxliyə edilib.

Yanğın zamanı çoxlu zeytun bağları və əkinçilik sahələri də məhv olub. Yanğınlarda bəzi kəndlərdə də evlərə ziyan dəydiyi bildirilib.

Xatırladaq ki, Yunanıstanın paytaxtı Afinadan 30 kilometr aralıda yerləşən Lambrakidə baş verən meşə yanğını səbəbindən ətrafdakı yaşayış məntəqələri boşaldılıb.

Güclü külək səbəbindən nəzarət altına alına bilməyən yanğınla əlaqədar Kiçi qəsəbəsi boşaldılıb, təhlükəsizlik məqsədilə bəzi yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
turkic.world

1Mənbələr