AZ

Orban: "NATO Ukraynada Macarıstansız hərbi missiya həyata keçirəcək"

"Şimali Atlantika Alyansı Ukraynada hərbi missiya həyata keçirəcək, lakin Macarıstanın orada iştirakı olmadan...".


Sfera.az xəbər verir ki bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

 

"Macarıstan bu ideyanı nə maliyyə, nə texniki, nə də hərbi personalın köməyi ilə dəstəkləyəcək"-, Orban "Radio Kossuth"da deyib.

 

Bundan əvvəl Macarıstanın baş naziri alyansın Kiyevə silah tədarükü üçün yeni bazalar yaratmaq planlarını açıqlamışdı. Orban qeyd edib ki, NATO Polşa, Rumıniya və Slovakiyada Ukraynaya silah tədarükünü əlaqələndirmək üçün bazalar yaratmaq niyyətindədir.


Əzizə

Seçilən
67
sfera.az

1Mənbələr