AZ

“Torino” Yuriçi yola saldı, yeni baş məşqçisini təqdim etdi

Xorvat mütəxəssis İvan Yuriç “Torino”nun rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında komandanın baş məşqçisi vəzifəsindən ayrılıb.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Xatırladaq ki, Yuriç hələ may ayında cari mövsümün bitməsilə vəzifəsindən ayrılacağı haqda ictimaiyyətə açıqlama verimişdi. O, bu komandanı 2021-ci ilin avqustunda qəbul etmişdi. Xorvat mütəxəssis “öküzlər”i ümumilikdə 122 oyuna çıxarıb, 45 qələbə qazandırıb, 36 heç-heçə və 41 məğlubiyyətlə üzləşib. Turin təmsilçisi Yuriçin rəhbərliyi altında 141 qol vurub, 126 qol “yeyib”. Geridə qalmış 2023/2024-cü illər mövsümünü “Torino” 53 xalla 9-cu pillədə başa vurub.

İvan Yuriç məşqçilik karyerası ərzində İtaliya futbolunda çalışması ilə diqqət çəkib. Xorvat mütəxəssis “Torino”dan öncə “Cenoa”, “Mantova”, “Krotone” və “Ellas Verona”nı çalışdırıb, həmçinin “İnter” və “Palermo”da baş məşqçinin köməkçisi olub.

İvan Yuriçi Paolo Vanoli əvəzlədi

Xorvat mütəxəssislə yollarını ayırmış “Torino” “öküzlər”in sükanı arxasına italyan mütəxəssis Paolo Vanolini təyin edib. Daha əvvəl mətbuatda, Paolo Vanolinin tezliklə “Torino”nun baş məşqçisi olacağı haqda məlumat yayılmışdı və göründüyü kimi, bu xəbər rəsmi təsdiqi tapıb.

“Torino” “öküzlər”in “boyunduruğ”unu iyul ayının 1-də Paolo Vanolinin əlinə verəcək və italyan mütəxəssis 2 mövsüm ərzində Turin komandasını çalışdıracaq. Nəticələrin uğurlu olacağı halda Vanolinin müqaviləsinin yenilənməsi – sərfəli şərtlərlə müqavilə müddətinin uzadılması da nəzərədə tutulub.

Xatırldaq ki, Paolo Vanoli daha əvvəl “Venesiya”nın baş məşqçisi vəzifəsindən klub rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında ayrılmışdı.

Paolo Vanoli məşqçilik karyerasına 2007-2009-cu illərdə “Domelyara”da işlə başlayıb. Ardınca, 2010-2016-cı illərdə Vanoli İtaliyanın kiçik yaş qrupları üzrə sitemində – U-16, U-17, U-18 və U-19 yığmalarına rəhbərlik edib. 2016-2021-ci illər aralığında Vanoli İtaliya yığmasının, “Çelsi”nin və “İnter”in texniki heyətində çalışıb. 2021/2022-ci illər mövsmündə italyan mütəxəssis Moskva “Spartak”nı çalışdırıb.

“Venesiya”nı isə Vanoli 2022-ci ilin noyabrında qəbul edib və “laqunalılar”ı İtaliya A Seriyasına yüksəldib. “Venesiya” 2024/2025-ci illər mövsümündə A Seriyasında italyan futbolunun nəhəngləri ilə qurşaq tutacaq.

“Venesiya” italyan mütəxəssisin rəhəbərliyi altında meydana çıxdığı 70 oyunda 35 qələbə qazanıb, 15 heç-heçə edib, 20 məğlubiyyət alıb. “Laqunalılar”ın top fərqi isə 118:86 nisbətindədir.

Paolo Vanolinin qəimətlər muzeyində “Çelsi” ilə İngiltərə Kuboku (2017/2018) və “Spartak”la Rusiya Kuboku (2021/2022) var.

“Torino” rəhbərliyi Paolo Vanolinin “Venesiya”da görüdüyü işi yüksək qiymətləndirir. Vurğulanır ki, Turin təmsilçisi yeni baş məşqçi qarşısında ilk növbədə sabit çıxış və avrokuboklara vəsiqə tapşırıqlarını müəyyənləşdirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
arena.az

1Mənbələr