AZ

Bakıda yeni metro xətlərinin çəkiləcəyi ərazilərin adları AÇIQLANDIVİDEO

"Hazırda 1 metro stansiyanın inşası davam etdirilir, gələcəkdə Bakının digər ərazilərinə də metro xətləri çəkiləcək".

Xezerxeber.az xəbər verir ki, bu fikirləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Bakı Metropoliteni rəsmisinin sözlərinə görə, ən önəmli məsələlərdən biri də yaşıl və qırmızı xətt layihələrinin ayrılmasıdır. Bu, paytaxtın kənar ərazilərində də nəqliyyat probleminin həllinə müsbət təsir göstərəcək.

Bəxtiyar Məmmədov Bakı Metropolitenində yeni müasir qatarların xəttə buraxılması prosesinin də davam etdirildiyini deyib.

Onun sözlərinə görə, yaxın 1 il ərzində daha 35 yeni vaqon gətiriləcək.

Bəxtiyar Məmmədov onu da qeyd edib ki, yaxın zamanlarda metroda ödənişləri bank kartları ilə etmək mümkün olacaq. Bununla bağlı hazırda sınaqlar və texniki dizayn işləri aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
4
xezerxeber.az

10Mənbələr