AZ

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi — Bölgələrdə elektrik enerjisinin verilişi bərpa edilir (VİDEO)

Ötən gecədən başlayaraq bir sıra bölgələrimizdə, o cümlədən Mərkəzi Aran və Qərb rayonlarında əsən güclü külək ciddi fəsadlar törədib. Güclü külək nəticəsində qırılan ağaclar yaxınlıqdakı elektrik xəttlərini sıradan çıxarıb. 

Demokrat.az
xəbər verir ki, hazırda “Azərişıq” ASC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışaraq, Goranboy, Bərdə, Qazax və Tərtərdə səhərə qədər təmir-bərpa işləri aparırlar. Artıq bir neçə ərazinin elektrik enerjisinin verilişi bərpa edilib.

Beləki, Bərdə elektrik şəbəkəsinin xidməti ərazisi olan Əliyandı kəndində güclü külək nəticəsində 10 minlik dayaq aşaraq yolu kəsmişdi. Həmçinin, budaqlanmada olan dayaq aşaraq transformatoru zədələmişdi. 

Goranboyda isə küləyin yaratdığı fəsad nəticədində yaxınlıqdakı 5 mərtəbəli binanın dam örtüyünü ciddi ziyan görmüşdü.

Təmir bərpa işləri nəticəsində sözügedən ərazilərdə artıq gündəlik fəaliyyət bərpa olunub






Əfsanə Rəcəb
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
demokrat.az

1Mənbələr