AZ

Paytaxt sakinləri isti havada pavilyonu olmayan dayanacaqlardan NARAZIDIRVİDEO

Dayanacağın nişanı var, amma pavliyonu yoxdur...

Xezerxeber.az xəbər verir ki, şəhər ərazisində bu cür pavliyonsuz dayanacaqlar demək olar ki, çox yerdə var. Sərnişinlər isti yay günlərində belə dayanacaqlarda avtobus gözləməyin çətin olduğunu deyirlər.

Pavliyon olmadığından bəzi sərnişinlər məcbur qalıb bir az kənarda olan ağacın kölgəsində dayanırlar. Bu da bir çox halda avtobusa minməkdə onlara çətinlik yaradır. Gənclər qaçıb avtobusa minsələr də, yaşlı şəxslər çata bilmirlər.

Dayanacaq nişanı olan yerlərdə, sərnişinlərin rahat durmaları üçün niyə pavliyon da quraşdırılmayıb?

“Xəzər Xəbər” sualı Yerüstü Nəqliyyat Agentliyinə ünvanlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
xezerxeber.az

2Mənbələr