AZ

Boks: Yeniyetmələr üçün Sarayevo sınağı

İyunun 23-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında boks üzrə Avropa birinciliyi start götürəcək.

Arena.az xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov və məşqçi Ağası Məmmədov birincilikdə bu boksçulara şans verəcək:

Ayxan Həsənov (46 kq)
Nihat Qasımov (48 kq)
Zakir Həsənzadə (50 kq)
Əli Baxışov (52 kq)
Şahin Aslanov (57 kq)
Vüsal Xəlilov (60 kq)
Kənan Aslanlı (63 kq)
Adil Zalov (66 kq)
Rza Rzayev (70 kq)
İsmayıl Vəliyev (75 kq)
Əli Məmişov (80 kq)
Səftər Məmmədzadəyə (+80 kq)

Qızlardan ibarət millinin məşqçisi İlkin Ağayevin rəhbərliyi altında isə bu boksçularımız rinqə çıxacaqlar:

Banuçiçək Nəsirli (46 kq)
Aylin Nəzərova (48 kq)
Aysun Mikayılova (50 kq)
Əminə Tağı (52 kq)
Mədinə Məmmədova (57 kq)
Dəniz Babayeva (60 kq)

Yarışda beynəlxalq dərəcəli Emil Qurbanəliyev ədaləti qoruyacaq.

Qeyd edək ki, Sarayevoya bu gün yollanan boks yığmamız iyulun 1-də Bakıya qayıdacaq.

Seçilən
115
1
arena.az

10Mənbələr