AZ

Kaltsona futbolçularından razıdır

“İkinci hissə arzuladığımız kimi olmadı”. Bunu Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona Ukrayna ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli çalışdırıcı qarşılaşmanın çətin keçdiyini söyləyib: “Çətin qarşılaşma oldu. Razı qaldığım məqamlar oldu, amma hər zaman yox. Ümumilikdə futbolçularımdan razıyam. İlk hissədə çox yaxşı təsir bağışladıq, ikinci hissə arzuladığımız kimi olmadı. Rəqiblərimiz yüksək səviyyəli komandalardır. FIFA reytinqində Ukrayna bizdən 20 pillə irəlidədir”.

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün E qrupunun matçında Slovakiya Ukrayna yığmasına məğlub olub – 1:2.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
futbolinfo.az

1Mənbələr