AZ

Hamiləlik dövründə yaranan stress: Xəstə doğulan uşaqlar (VİDEO)

Hamiləlik dövründəki stres uşaqlarda bir sıra mənfi nəticələrə səbəb olur. Hamiləlik dövründə stresin gələcəkdə uşağın qavrama və davranışına təsiri məlumdur. Heyvanlar üzərində aparılan tədqiqatlar da göstərir ki, hamiləlikdə stres gələcək nəslin sinir sisteminə uzun müddətli mənfi təsir göstərir.

Stres dedikdə həyəcan və depressiya başa düşülür. Bəs doğuşa qədərki stresin dölə və uşağa təsiri necədir?

Tanınmış həkim-psixoterapevt Paşa Yaqub mövcud vəziyyətlə bağlı açıqlama verib. Həkimin sözlərinə görə, son dövrlər cəmiyyətdə anormal uşaqların doğulması halları artıb: 

Tədqiqatlar göstərir ki, əgər ana hamilə vaxtı stres, həyəcan, depressiya vəziyyətindədirsə, onun uşağı emosional problemlər, davranış pozğuntusu, koqnitiv inkişaf pozğuntusu, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu kimi böyük risklərə məruz qalır. Stres zamanı kortizol hormonunun inkişafda olan dölə mənfi təsiri öyrənilmişdir. Stres hamiləliyin ilk trimestrində baş verərsə, uşaq inkişaf ləngiməsi ilə doğula bilər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
hurriyyet.az

2Mənbələr