AZ

“Real”ın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçmək istəməyib

“Real”ın hücumçusu Xoselu Səudiyyə Ərəbistanından çox sərfəli təklif alıb.



Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu ona çox böyük maaş təklif edən Səudiyyə Ərəbistanı klubuna keçiddən imtina edib.



Xoselu artan rəqabətə baxmayaraq, “Real”da qalmaq istəyir. Gələn mövsüm “kral klubu”nda Kilian Mbappe və Endrik kimi hücumçular çıxış edəcək.



Xoselu ötən mövsüm “Real”la İspaniya çempionu və Çempionlar Liqasının qalibi olub. O, bütün turnirlərdə 49 matçda 17 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərreal Xoselu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
komanda.az

1Mənbələr