AZ

Bloomberg: Kanada da Çin elektromobillərinə tariflər tətbiq etməyə hazırlaşır

Kanada hökuməti ABŞ və Avropa İttifaqının liderliyindən sonra Çindən elektriklə işləyən avtomobillərin ixracına tariflər tətbiq etməyi planlaşdırır. 

Valyuta.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, Kanadanın baş naziri Castin Trüdo hökuməti Qərb ölkələrinin təzyiqləri fonunda ABŞ və Avropa İttifaqından nümunə götürərək, Çinin elektromobillərinə tariflərin tətbiqi məsələsi ilə bağlı ictimaiyyətlə məsləhətləşmələrin başlandığını tezliklə elan edə bilər.

Agentliyin məlumatına görə, 2023-cü ildə Vankuver limanına Çin istehsalı olan təxminən 44,400 avtomobil göndərilib ki, bu da əvvəlki rəqəmlərdən 5 dəfə çoxdur. “Bloomberg” yazır ki, hökumət Çin elektromobillərinin Kanada bazarını dolduracağından narahatdır.

Canadian Press daha əvvəl məlumat vermişdi ki, Kanada hakimiyyəti ABŞ-dan sonra Çindən gələn elektrik avtomobillərinə əhəmiyyətli rüsumlar tətbiq edə bilər. Onun sözlərinə görə, Ottava artıq bu məsələni nəzərdən keçirir.

Mayın 14-də Ağ Evin mətbuat xidməti məlumat yayıb ki, ABŞ Çindən polad, elektrik avtomobilləri, kompüterlər, çiplər və digər malların idxalına tarifləri artırır. Onun sözlərinə görə, bu tədbirlər Çini “texnoloji transfer, əqli mülkiyyət və innovasiya ilə bağlı ədalətsiz ticarət təcrübələrini aradan qaldırmağa” təşviq etmək məqsədi daşıyır. Söhbətin 18 milyard dollarlıq rüsumdan getdiyi göstərilir.

Daha əvvəl Britaniyanın “Financial Times” qəzeti öz mənbələrinə istinadən xəbər vermişdi ki, Avropa Komissiyası bu addımın ticarət müharibəsinin başlanmasına səbəb ola biləcəyinə baxmayaraq, Çin elektrik avtomobillərinin idxalına 25%-ə qədər əlavə rüsumlar tətbiq etmək niyyətindədir. Nəşrin yazdığına görə, Fransa və İspaniya bu addımın tərəfdarıdır, Almaniya, İsveç və Macarıstan isə Çinin cavab tədbirlərindən ehtiyat edərək bunu bəyənmirlər. Macarıstan hökuməti öz ərazisində elektrik avtomobilləri və iri Çin şirkətlərinin elektromobilləri üçün akkumulyatorlar istehsal etmək üçün avtomobil zavodlarının yaradılmasını təşviq edir. 

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
32
valyuta.az

10Mənbələr