AZ

Kosovo yenidən serbləri UEFA-ya şikayət etdi

Kosovo Futbol Federasiyası (FFK) AÇ-2024-ün Sloveniya millisi ilə oyununda Serbiya yığmasının azarkeşlərinin davranışı ilə bağlı Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) şikayət edib.

Fanat.Az xəbər verir ki, bu barədə yerli qurumun açıqlamasında bildirilib.

“Kosovo Futbol Federasiyası UEFA-ya 2024-cü ildə Avropa Çempionatının C qrupunun Münhendə keçirilən Sloveniya və Serbiya matçında serb azarkeşlərin dəfələrlə millətçi və irqçi davranış nümayiş etdirməsi ilə bağlı növbəti şikayət edib” - FFK-nın açıqlamasında vurğulanıb.

Ötən gün Münhendə baş tutan görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Kosovo Futbol Federasiyası İngiltərə yığması ilə oyundan sonra serb azarkeşlərlə bağlı artıq UEFA-ya şikayət edib. Bundan sonra Serbiya Futbol İttifaqı təxribat xarakterli mesajlara görə 10 min avro cərimə olunub.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
fanat.az

1Mənbələr