AZ

Bu turistləri 2 min dollara qədər cərimə GÖZLƏYİR

Avropa çimərliklərində və ya başqa yerlərdə istirahət edən turistlər xarici görünüş tələblərini pozduqlarına görə cərimələnə bilərlər. 

 

Sfera.az xəbər verir ki, İspaniyada şəhərin ortasında çimərlik paltarı geyinən turistlər cəzalandırılacaq. Hərbi formaya bənzəyən hər hansı geyim də qadağandır. Cərimələr və yerli vətəndaşların sosial şəbəkələrdə reaksiyası sosial şəbəkələrdə gündəm mövzusuna çevrilib. 

 

Qeyd edək ki, kurort şəhərlərinin sakinləri özlərini cəmiyyət içərisində apara bilməyən qonaqlardan çox narazıdırlar. Yerli qaydaların pozulmasına görə minimum cərimə 80 avrodan 2 min avroya qədər müəyyən edilib. 


Belə hallar bir tərəfdən yerli vətəndaşların kəskin reaksiyasına səbəb olsa, digər tərəfdən bəzi istirahət mərkəzlərində çimərliklərin boş qalmasına səbəb olub.
Cərimə müəyyən edilən əsas dörd qanun pozuntusudur: 

 

İspaniyada kurort şəhərlərində insanlar küçəyə yarı paltarda göründüklərinə görə cəzalandırılırlar. Bu cür hərəkətlərə görə təxminən 600 dollar cərimə almaq olar.

 

Misal olaraq portallarda İspaniyanın Palma şəhərində baş verən hadisəyə istinad etmək olar. İnternetdə çimərlik paltarında gəzən turistlərin görüntülərinin yer aldığı video yayımlanıb. Kadrlarda bikinili 5 qadının küçə ilə getməsi, avtomobillərin sürətlə keçməsi və tam normal geyinmiş bir qrup insanın onlara baxması əks olunub.


Bu görüntülər sosial şəbəkələrdə insanların hiddətində səbəb olub. Şərhçilərdən biri deyib ki, paltarsız dincələn insanları saxlamağa dəyər.

 

"Xahiş edirəm, az qala çılpaq gəzən insanları həbs edin. Yaxud köynəksiz, demək olar ki, çılpaq halda bazar, küçə və mağazalarda gəzən bikinili axmaqları".


Digər vətəndaşlar polisə zəng vuraraq turistlərin şəhərin mərkəzində belə gəzmələrinin biabırçılıq olduğunu qeyd ediblər.

 

Həmçinin cəriməyə səbəb olan digər pozuntu növləri də sadalanır.

 

Venesiyada 2008-ci ildən bəri “Piazza San Marco”da göyərçinlərə yem vermək qadağandır. Turistlərin bunu etməməsi üçün hətta quş yemlərinin satışı da qadağan edilib. Qadağaya səbəb şəhərin tarixi mərkəzinin dağıdılmasıdır. Belə pozuntuya görə cərimə 80 dollardan 775 dollara qədərdir.

 

Barbados adasında, eləcə də Karib dənizindəki Yamayka və Sent-Lüsiyada bütün hərbi geyimlər qadağandır. Qadağaya səbəb belə geyimlərin üsyançılar və qanun pozanlarla əlaqələndirilməsidir. Polis insanların kamuflyaj, kəmər, ayaqqabı, maska ​​və ya köynək taxmamasına diqqət yetirir. Cəza üçün isə bir ilə qədər həbs və ya 2000 dollara qədər cərimə nəzərdə tutulur.


İspaniyanın Levante çimərliyində qumdan qalalar tikmək olmaz. Yerli hakimiyyət orqanları bu əyləncə növünün təhlükəli olduğuna qərar verib. Belə pozuntuya görə isə 160 dollara qədər (150 avro) cərimə nəzərdə tutulub.

 

Aynil

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
sfera.az

1Mənbələr