AZ

Penitensiar Xidmətdə yarım milyonluq təmir

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti "Uğur Tikinti" MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

Valyuta.az xəbər verir ki, şirkət qurumun əsaslı təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 560 231,37 manatdır.

Təmir işləri Təchizat İdarəsi ilə müalicə müəssisəsində, həmçinin 10, 3 və 6 saylı cəzaçəkmə müəssisələrində aparılacaq. 

Hüseyn
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
valyuta.az

2Mənbələr